Today Cümə, 13th İyun 2025
Birinci 24

Birinci 24

Diplomatın Bakıda evində meyiti tapılıb

Diplomatın Bakıda evində meyiti tapılıb

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü tapılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Bakupost.az” məlumat yayıb.

Məlumatda bildirilir ki, İlqar İbrahimov qış aylarında Bakıya qayıdıbmış.

Xəbərdə o da qeyd olunur ki, İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil.

APA diplomatın ölüm səbəbini dəqiqləşdirib.

Məlum olub ki, iyunun 9-u saat 14 radələrində 1969-cu il təvəllüdlü İlqar Adil oğlu İbrahimov Bakıda yaşadığı mənzildə özünü asıb.

İntiharın səbəbi hələlik məlum deyil.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

İlqar İbrahimov uzun müddət diplomatik sahədə xidmət edib.

Xarici İşlər Nazirliyindən hadisə barədə açıqlama verilməyib.

Editor

Related Posts