Rusiya tərəfi Azərbaycan və Ermənistanın NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı Rusiyanın narahatlığını anladığına ümid edir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, NATO Cənubi Qafqazın təhlükəsizliyi üçün heç bir xeyir gətirmir.
“Əksinə, biz yaxşı bilirik ki, Qərbin əsas məqsədi regionu sabitsizləşdirmək, qarşıdurma yaratmaq və yeni gərginlik ocaqları formalaşdırmaqdır. Ümid edirik ki, həm Bakıda, həm də İrəvanda bizim bu məsələyə dair əsaslı narahatlığımızı başa düşürlər və eyni zamanda aqressiv hərbi bloklarla əməkdaşlığın dərinləşdirilməsinin doğura biləcəyi riskləri tam şəkildə qiymətləndirirlər,”- deyə diplomat vurğulayıb.