Today Cümə axşamı, 12th İyun 2025
Birinci 24

Birinci 24

İran ABŞ bazalarını vurmaqla hədələyib

İran ABŞ bazalarını vurmaqla hədələyib

İran ABŞ ilə silahlı münaqişə olacağı təqdirdə Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarına hücum edəcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu İslam Respublikasının müdafiə naziri, general-mayor Əziz Nəsirzadə deyib.

“Amerika tərəfinin bəzi nümayəndələri hədələyirlər ki, danışıqlar nəticə verməsə, toqquşma olacaq. Ümid edirəm ki, danışıqlar uğurla nəticələnəcək, lakin biz silahlı toqquşmaya məcbur edilsək, düşmənin itkiləri mütləq daha çox olacaq və bu halda ABŞ regionu tərk etməli olacaq. Bütün Amerika bazaları bizim əlimizin altındadır və biz onların yerləşdiyi ölkələrin ərazisinə zərbələr endirməkdən çəkinməyəcəyik”, – o, İran dövlət televiziya və radio şirkətinin efirində bildirib.

Generalın sözlərinə görə, İran bu yaxınlarda 2 tonluq döyüş başlığına malik raketi sınaqdan keçirib ki, bu da İranın əməliyyat qüvvələrinin geniş imkanlara malik olduğunu göstərir:

“Biz heç bir məhdudiyyəti qəbul etməyəcəyik və heç kimin bu istiqamətdə danışıqlar aparmaq hüququ yoxdur”.

Editor

Related Posts