Today Cümə, 13th İyun 2025
Birinci 24

Birinci 24

Paşinyan Türkiyəyə gedir, Ərdoğanla görüşəcək – KİV

Paşinyan Türkiyəyə gedir, Ərdoğanla görüşəcək – KİV

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edəcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “24News” yüksək vəzifəli diplomatik mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Ermənistanın Baş nazirinin Türkiyəyə səfəri iyunun 20-nə planlaşdırılıb.

Sayt yazır ki, Paşinyan və Ərdoğan Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini müzakirə etməyi planlaşdırır. Gündəliyə İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması ilə bağlı bir sıra digər məsələlər də daxildir.

Qeyd edək ki, iyunun 5-də Baş nazir Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətləri və regionla bağlı məsələləri müzakirə ediblər.

Editor

Related Posts