2024-2025-ci tədris ilində işğaldan azad edilən rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
“İbtidai təhsil səviyyəsində isə 988 şagird təhsil alır”, – məlumatda bildirilib.