Today Çərşənbə, 18th İyun 2025
Birinci 24

Birinci 24

Bu ayın əvvəlinə kimi işğaldan azad edilən ərazilərə 14,8 min nəfər köçürülüb

Bu ayın əvvəlinə kimi işğaldan azad edilən ərazilərə 14,8 min nəfər köçürülüb

Bu ayın əvvəlinə olan məlumata görə, işğaldan azad edilən ərazilərin bərpa olunan yaşayış məntəqələrinə 14 min 843 nəfərdən ibarət 3 min 721 ailənin qayıdışı təmin edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, azad edilən ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 32 min 216 nəfər təşkil edib.

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1 150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin ümumi sayı 48 min 209 nəfər olub.

Müqayisə üçün bildirək ki, son bir ay – may ayı ərzində işğaldan azad edilən ərazilərə 257 ailə (1 098 nəfər) köçürülüb.

Azad edilən ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 3 min 967 nəfər artıb.

Editor

Related Posts