Çin ən azı üç “Boeing 747” yük təyyarəsini saxta marşrutla İrana göndərib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə iyunun 17-də Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Təyyarələrin İranın İsraillə müharibəsində ehtiyac duyduğu silah və hərbi texnikanın daşınması üçün istifadə oluna biləcəyi güman edilir.
Bu fərziyyə, İsrailin bu ölkəyə qarşı hərbi əməliyyatının başlamasının ertəsi gün üç uçuşdan birincisinin İrana yola düşdüyü, daha iki təyyarənin isə daha sonra Yaxın Şərqə çatdığı iddiası ilə dəstəklənir.
Təyyarənin Çinin şimalı üzərində uçduğu, Qazaxıstan sərhədini keçdiyi, Özbəkistan və Türkmənistan üzərindən uçduğu, daha sonra İrana yaxınlaşarkən radarlardan itdiyi bildirilir.
Təyyarələrin Lüksemburqa getdiyi deyilsə də, qəzet onların heç birinin Avropa hava məkanına daxil olmadığını iddia edir.