Today Çərşənbə, 18th İyun 2025
Birinci 24

Birinci 24

Azərbaycan Parlamenti ölkə ərazisində kazinoların fəaliyyətinə ancaq süni yaradılmış adalarda icazə verməyi düşünür

Azərbaycan Parlamenti ölkə ərazisində kazinoların fəaliyyətinə ancaq süni yaradılmış adalarda icazə verməyi düşünür

Azərbaycan Parlamenti ölkə ərazisində kazinoların fəaliyyətinə ancaq süni yaradılmış adalarda icazə verməyi düşünür.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov danışıb. O bildirib ki, yeni qanunla yalnız süni torpaq sahələrində kazino oyunlarının təşkilinə və keçirilməsinə icazə veriləcək.

Bəhuz Məhərrəmov deyib ki, bununla bağlı qanunverici orqanın komitə iclasında bir neçə Məcəlləyə də dəyişiklik müzakirə ediləcək.

“Həmin oyunların yalnız xüsusi qurumun müəyyən etdiyi tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur. Kazino oyunlarının təşkili və keçirilməsi qaydasını da həmin qurum müəyyən edəcək. Oyunları yalnız nəzarət orqanının rəyi nəzərə almaqla hüquqi şəxslər təşkil edə bilər”, – o, “Teleqraf”a bildirib.

Ötən ilin oktyabrında azərbaycanlı biznesmen, Azərbaycan xalq artisti, İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Nardaran qəsəbəsindəki “SeaBreeze” kurort kompleksində kazino açmaq istəyini dilə gətirib.

O, rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib ki, hazırda hökumət kazinoların açılması təşəbbüsünü nəzərdən keçirir.

Elə bu çıxışdan sonra yerli hökumət medialarında kazinoların təbliği ilə bağlı silsilə materiallar dərc olunub. Əgər bu qanun qəbul edilsə, Ağalarov Azərbaycanda ilk dəfə kazino açan biznesmen olacaq.

Ancaq bu, Eminin Azərbaycanda yeganə ilki olmayacaq. Belə ki, o, Azərbaycanda ilk süni adanın da sahibidir. Hazırda kazinoların legitimləşdirilməsilə bağlı qanunu müzakirə edən parlament bundan əvvəl Ağalarovun süni adalarını da legitimləşdirən qanun qəbul edib. Ancaq həmin qanun süni ada hazır olandan sonra qəbul edilib.

Editor

Related Posts