Today Çərşənbə, 18th İyun 2025
Birinci 24

Birinci 24

Laçında kanat yolunun tikintisi üçün avadanlıqlar sifariş verildi – 20 milyonluq müqavilə 

Laçında kanat yolunun tikintisi üçün avadanlıqlar sifariş verildi – 20 milyonluq müqavilə 

Laçın şəhərində kanat yolunun tikintisi üçün lazım olan avadanlıqların satın alınmasına başlanılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sifariş edib.

Agentlik avadanlıqların alınması və çatdırılması ilə bağlı “Archico” şirkəti ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Laçın şəhərində kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılması 20 milyon 135 min 402 manata başa gələcək.

Eyni zamanda sözügedən şirkət Laçın şəhərində kanat yolunun layihələndirilməsi işlərini də həyata keçirəcək. Bununla bağlı isə AYNA ilə şirkət arasında 427.160 manat dəyərində müqavilə bağlanılıb.

Qeyd edək ki, Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək.

Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Hər kabin 10 nəfərlikdir. 8 kabin standart olaraq nəzərdə tutulub. Eyni zamanda 6 kabində velosipedlər, 3 kabində isə əlil arabaları üçün xüsusi yerlər olacaq. Kanat yolunda 8 dayanacaq mövcuddur, 3-ü terçonallar qarşısında 5-i isə atalıq dayanacaqlardır.

Editor

Related Posts