Kursantların iştirakı ilə Naxçıvanşünaslıq mərkəzində tədbir olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Heydər Əliyev adına Hərbi Lisey kursantlarının iştirakı ilə “Naxçıvanda ordu quruculuğu müasir mərhələdə” mövzusunda tədbir keçirilib.

Mərkəzin elmi katibi Nihad Tarverdiyev bildirib ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Möhkəm siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb. Müstəqillik illərindən başlayaraq muxtar respublikada hərbi hissə və birləşmələrdə geniş quruculuq işləri aparılıb, müasir hərbi infrastruktur obyektləri qurulub, ən müasir texnika və silahlarla Naxçıvanın etibarlı müdafiə potensialı yaradılıb.

Qeyd olunub ki, Naxçıvanda hərbi liseyin fəaliyyətə başlaması da həmin dövrdə ordu quruculuğu istiqamətində atılan tarixi addımların bəhrəsidir. Lisey Azərbaycan Ordusunu peşəkar və ixtisaslı kadrlarla təminatında müstəsna rol oynayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində liseyin məzunları olmuş peşəkar hərbçi kadrlar böyük rəşadət və qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edib.

Tədbirdə çıxış edən baş leytenant Aqil Kazımzadə kursantlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, məsləhət və tövsiyələrini verib.

Kursantlar mərkəzin akt zalında nümayiş etdirilən sərgi ilə də tanış olublar.

admin

Related Posts