Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Futbolun inkişafı məqsədilə seminarlar davam etdirilir

Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev Naxçıvanda seminar keçib. Seminar futbolun inkişafı, klublara dayanlıqlı maliyyə mənbələrinin yaradılması və dəstəyin artırılması mövzusuna həsr edilib.

Muxtar respublikada fəaliyyət göstərən futbol klublarının, idman idarələrinin və yerli klublara sponsorluq edən şirkətlərin nümayəndələrinin iştirak etdiyi seminarda Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev son illər Naxçıvanda futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, Futbolun İnkişafı Fondu ilə əməkdaşlıq muxtar respublikada bu idman növünün inkişafına yeni nəfəs gətirməklə güclü stimul yaradacaq.

Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev təmsil etdiyi qurumun fəaliyyəti barədə iştirakçılara məlumat verib. Bildirib ki, fondun əsas fəaliyyət istiqaməti regionlarda futbol klublarının inkişafına dəstək vermək, klublara dayanıqlı maliyyə mənbələri tapmaqda kömək etmək, futbol irsinin yaradılmasına nail olmaq, cəmiyyətin futbola olan marağını və inkişaf prosesində onların dəstəyini artırmaqdır.

Seminarda Tural Piriyev görləcək işlər, bu sahənin inkişafına təkan verəcək addımlar və dayanıqlı maliyyə mənbələrinin yardılması yolları barədə iştirakçılara məlumat verib, onları maraqlandıran suallar cavablandırıb.

admin

Related Posts