İran Parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın siyasiləşmiş mövqeyinə görə müvəqqəti dayandırılması haqqında qanun layihəsini qəbul etməyi planlaşdırır,
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqir Qalibaf bildirib.
Qalibaf qeyd edib ki, agentlik üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirə bilməyib və siyasi alətə çevrilib.
“Biz parlamentdə bu beynəlxalq təşkilatın peşəkar davranışına dair obyektiv təminatlar alana qədər İranın AEBA ilə əməkdaşlığını dayandıran qanun layihəsini qəbul etməyi planlaşdırırıq”, – deyə parlamnet sədri deputatlar qarşısında çıxışında deyib.