Today Cümə axşamı, 14th Avqust 2025
Birinci 24

Birinci 24

“Vaşinqton sazişinin İran və Rusiya üçün də faydaları olacaq” – Paşinyan

“Vaşinqton sazişinin İran və Rusiya üçün də faydaları olacaq” – Paşinyan

“Düşünürəm ki, Vaşinqtonda imzalanmış sazişin həm İran, həm də Rusiya üçün nəzərəçarpacaq faydaları olacaq”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Fox News” telekanalına müsahibəsində bildirib. 

“Çünki saziş həyata keçirildikdə, İran Fars körfəzindən dəmir yolu vasitəsi ilə Qara dənizə çıxış imkanı əldə edəcək. Həmçinin, bu saziş nəticəsində Rusiya və İran bir-biri ilə dəmir yolu əlaqəsinə malik olacaq”, – baş nazir bildirib.

Baş nazir belə bir dəmir yolu əlaqəsinin region üçün misilsiz olacağına diqqət çəkib.

“Əslində, belə bir əlaqə misilsiz olardı, çünki hazırda Cənubi Qafqazdan İran və Rusiyanı birləşdirəcək dəmir yolu əlaqəsi yoxdur”, – o qeyd edib. 

Paşinyan yeni sazişin beynəlxalq sabitlik və təhlükəsizlik nöqteyi-nəzərindən əhəmiyyətini də ifadə edib.

“Hesab edirəm ki, bu, bütün ölkələrə, həmçinin, bütün beynəlxalq ictimaiyyətə beynəlxalq sabitlik və təhlükəsizlik baxımından mühüm fayda gətirəcək”, – Ermənistanın baş naziri bildirib.

Editor

Related Posts