Today Şənbə, 12th İyul 2025
Birinci 24

Birinci 24

ABŞ Dövlət Departamenti: “Zəngəzur dəhlizi” təklifi haqda məlumatımız yoxdur 

ABŞ Dövlət Departamenti: “Zəngəzur dəhlizi” təklifi haqda məlumatımız yoxdur 

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın administrasiyasının Azərbaycan və Ermənistana “Zəngəzur dəhlizi”ni açdırmaq istəməsi xəbərinə münasibət bildirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Ermənistanın “Armenpress” xəbər agentliyinin yazılı sorğusuna cavab verən Dövlət Departamenti sözçüsü Temmi Brus bildirib ki, onlarda bu haqda informasiya yoxdur.

“Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin təşviqi səylərini dəstəkləyir”, – o əlavə edib.

Brus iyulun 10-da baş tutan brifinqdə də jurnalistin sualına cavab olaraq bu fikri səsləndirib.

“Biz, həmçinin, istinad edilən mətbuat xəbərlərini izləyirik və paylaşmaq üçün əlavə məlumatımız yoxdur. Ancaq bildiyiniz kimi, düşünürəm ki, Tramp administrasiyası və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir və onun kabinet iclasında söylədiyi fikirlər də administrasiyanın sülh üçün çalışdığından xəbər verir. Onlar hər şey edəcəklər və hara lazımdırsa, gedəcəklər. Çünki bu, Amerikanı yenidən qüdrətli etmək öhdəliyinin əsasını təşkil edir və əlbəttə ki, ətrafımızdakı dünyanın vəziyyəti yaxşılaşır”, – o deyib.

Rubio iyulun 8-də Trampın kabinet iclasında Azərbaycan və Ermənistan arasında tezliklə sülh razılaşması əldə edilə biləcəyini deyib.

Azərbaycan və Ermənistan mart ayında sülh razılaşmasının mətni haqqında razılığa gəlsə də, razılaşma özü hələ də imzalanmayıb.

İyulun 1-də isə Karneqi Rusiya və Avrasiya Mərkəzinin analitiki Olesya Vartanyan yazısında Tramp administrasiyasının Azərbaycanı Naxçıvana birləşdirəcək “Zəngəzur dəhlizi”nin açılması üçün ABŞ-nin iştirakını təklif etdiyini iddia edib.

O yazıb ki, Vaşinqton bu təklifin “reallaşması yolunda irəliləməkdə qətiyyətli” görünür və buna əsas səbəb Trampın Nobel Sülh Mükafatı qazanmaq arzusudur.

Editor

Related Posts