Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prezident Mayis Bərxudarova general-leytenant rütbəsi verdi

Prezident Mayis Bərxudarova general-leytenant rütbəsi verdi

Azərbaycan Prezidenti İlham Əliyev Mayis Bərxudarovun rütbəsini artırıb. 

Dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, general-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilib. 

Qeyd edək ki, 46 yaşlı M.Bərxudarova 2016-cı ildə Lələtəpənin alınmasında göstərdiyi şücaətə görə general-mayor rütbəsi verilib. O, eyni zamanda Vətən müharibəsinin əsas komandanlarındandır.

M.Bərxudarov “Qarabağ” və “Azərbaycan bayrağı” ordenləri, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalı, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 

Editor

Related Posts