Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Axşamlar oğurluq edib işləyirəm” – Xalq şairi

“Axşamlar oğurluq edib işləyirəm” – Xalq şairi

“Həyat öz axarı ilə gedir. Biz kimik ki, ona müdaxilə edək. Həyat mürəkkəbdir. Dərk elədikcə dərk olunmaz olur”. Bunu Xalq şairi Nəriman Həsənzadə deyib. Hal-əhvalından danışan qocaman yazar gününün çox hissəsini ədəbi yaradıclığa həsr etdiyini deyib.

“Mən işləyə-işləyə dincəlirəm. Yaradıcı adam üçün ən gözəl istirahət yazmaqdır. Yoxsa elə belə istirahət həyatın sonudur. Yazmayan gün sən ölmüsən. Sonun yetişib.İşlədin yaşayacaqsan, işləməsən öləcəksən

Gündüz dərsdə oluram. Çox gözəl kollektivimiz var. Axşamlar da yuxu vaxtımdan oğurlayıb işləyirəm. Əsərlərim də çap olunur”.

Yazıçı bildirib ki, tək yaşasa da övladları ona tez-tez baş çəkir.

“Oğlumun, qızımın öz evi var. Tək yaşayıram. Amma oğlum hər axşam gəlib mənimlə qalır.
İndi zəhmətimin məhsulunu görmək istəyirəm. “Azdrama”da əsərlərimin tamaşaya qoyulmasını istəyirəm. “Pompeyin Qafqaza yürüşü”, “Atabayəylər” kimi əsərlərim xalqa tamaşalar vasitəsi ilə çatdırılmalıdır. “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır” əsərimə televiziya tamaşası hazırlandı. indi isə onun teatr tamaşası versiyası üzərində iş gedir”,-deyə N. Həsənzadə bildirib.

Editor

Related Posts