Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiyada azərbaycanlının gecə klubunda yanğın: 15 nəfər ölüb, saxlanılan var

Rusiyada azərbaycanlının gecə klubunda yanğın: 15 nəfər ölüb, saxlanılan var.

Kostromadakı gecə klubunda baş verən yanğında günahlandırılan şəxsin kimliyi məlum olub. Həmin şəxs 23 yaşlı Stanislav İonkindir. O, müştərilərlə mübahisə edib və tavana ovda istifadə olunan siqnal qurğusundan (fişəng) atəş açdıqdan sonra qaçıb.

Polis onu hadisə yerindən 6 km aralıda saxlayıb. Klubun qonaqlarına qeyri-qanuni spirtli içkilərin satıldığı da məlum olub. Məhsulların müvafiq lisenziyalarının müddəti altı il əvvəl başa çatıbmış. Üstəlik, son üç ildə Fövqəladə Hallar Nazirliyi klubda yanğın təhlükəsizliyi ilə bağlı yoxlama keçirməyib.

admin

Related Posts