Yola salınan növbəti köç karvanı artıq Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu mərhələdə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülüb.
Sakinlərə evlərinin açarları təqdim olunub.
Qeyd edilib ki, Həsənriz kəndi kommunal baxımdan tam təmin olunub, su, qaz, işıq və internet xidmətləri aktivdir.
Bununla da Ağdərə rayonunun Həsənriz kəndində məskunlaşan ailələrin sayı 160 (566 nəfər) olub.