Today Çərşənbə axşamı, 29th İyul 2025
Birinci 24

Birinci 24

Xaricdə yaşayan blogerə qiyabi hökm oxunub

Xaricdə yaşayan blogerə qiyabi hökm oxunub

Xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə Əlimanova qiyabi hökm oxunub.

Hökmə əsasən, Əlimanov haqqında 7 il azadlıqdan məhrumetmə cəzası verilib.

Azərbaycan hakimiyyətinin tənqidçisi olan İmaməddin Əlimanov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. 

Cinayət işində iddia olunur ki,  o, müxtəlif vaxtlarda “Youtube”da “Xalq tv” adlı kanal açaraq həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında çıxışlarında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edib. 

Baş Prokurorluq mart-aprel aylarında hakimiyyət tənqidçisi olan bir sıra blogerlər haqqında cinayət işi açıb və onları istintaqa çağırıb. 

Ölkə xaricində yaşayan və istintaqa gəlməyən blogerlər haqqında iyunda məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib.

Editor

Related Posts