Today Çərşənbə axşamı, 29th İyul 2025
Birinci 24

Birinci 24

Tramp Putinə verdiyi 50 günlük müddəti azaltdığını deyir 

Tramp Putinə verdiyi 50 günlük müddəti azaltdığını deyir 

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə sülhə gəlmək üçün verdiyi 50 günlük müddəti azaltdığını deyib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, o, bunu iyulun 28-də Böyük Britaniya baş naziri Kir Starmerlə görüşdən öncə jurnalistlərə bildirib.

“Mən Putindən məyusam. Ona verdiyim 50 günlük müddəti azaldacam, çünki məncə indidən bilirəm ki, sonda nə olacaq”, – Tramp qeyd edib.

O, yeni müddətin 10-12 gün olacağını deyib.

Tramp iyulun 14-də Putinə Ukrayna ilə sülhə razılaşmaq üçün 50 gün vaxt vermişdi. Əks halda, o, Rusiya və Rusiya neftinin alıcılarına sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

İyulun 27-də ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Trampın Putinin laqeydliyinə “səbri tükənmək üzrədir”.

O, ABŞ və Rusiya prezidentləri arasında “heç bir bəhrəsi olmayan” telefon danışıqlarına istinad edərək Rusiyanın sadəcə olaraq “vaxt öldürdüyünü” deyib. “Tramp bu tələyə düşməyəcək. O, danışıqlar aparmaqdan ötrü sonsuz danışıqlar aparmayacaq”, – Rubio bildirib.

Editor

Related Posts