Today Çərşənbə axşamı, 29th İyul 2025
Birinci 24

Birinci 24

Sumqayıtdakı tüstünün səbəbi bilindi

Sumqayıtdakı tüstünün səbəbi bilindi

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yerləşən bir müəssisədən atmosferə buraxılan qara tüstü ətrafda narahatlıq yaradıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, havaya qalxan qalın tüstü dəniz sahilindəki çimərlik zonasını tamamilə örtüb.

Hadisə sahilyanı ərazidə baş verdiyindən, çimərlikdə olan vətəndaşlar da yayılan tüstünün təsirinə məruz qalıblar.

Tüstünün mənbəyi hələlik tam müəyyən edilməsə də, yayılan görüntülərdən müəssisədən yanma və ya istehsalat prosesi nəticəsində çıxan sıx, qara tüstünün olduğu görünür.

***
“Zavodun texnoloji rejimində nasazlıq yarandığı üçün belə hal müşahidə olunub”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, problem aradan qaldırılıb.

Editor

Related Posts