Today Çərşənbə axşamı, 29th İyul 2025
Birinci 24

Birinci 24

Sankt-Peterburqda miqrantlar taksi sürə bilməyəcəklər

Sankt-Peterburqda miqrantlar taksi sürə bilməyəcəklər

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov miqrantlara şəhərdə taksi sürməyi və “icarəyə götürülmüş minik avtomobillərində” işləməyi qadağan edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Beqlov qərarı iyulun 28-də imzalayıb, 2025-ci ilin sonuna qədər qüvvədədir. Bu barədə “Fontanka” nəşri qubernatorun mətbuat xidmətinə istinadən yazır.

Sənəd imzalandıqdan 10 gün sonra qüvvəyə minəcək. İşəgötürənlərə miqrant sürücülərlə bağlanmış müqavilələri ləğv etmək üçün üç ay vaxt verilir.

Hakimiyyət bu tədbirlə “xidmətlərin keyfiyyətini və təhlükəsizliyini” artırmağı planlaşdırır.

Bu cür qadağanın tətbiqi 2025-ci ilin mayında müzakirə olunmuşdu. “Nastoyaşeye Vremya” layihəsinin efirində iqtisadçı bu təşəbbüsü şərh edərək bildirmişdi ki, bu cür tədbirlər taksi və çatdırılma xidmətlərini bahalaşdıracaq, ümumilikdə iqtisadiyyatın vəziyyətinə təsir göstərəcək.

Editor

Related Posts