Today Çərşənbə axşamı, 29th İyul 2025
Birinci 24

Birinci 24

Azərbaycan bankları Cənubi Qafqazda ən az mənfəətə sahib olub

Azərbaycan bankları Cənubi Qafqazda ən az mənfəətə sahib olub

Azərbaycan bankları bu ilin ilk yarısında Cənubi Qafqazda ən az mənfəətə sahib olublar. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev “Facebook” səhifəsində üç ölkənin statistik məlumatlarına əsasən xəbər verib. 

O bildirib ki, 2025-ci ilin ilk yarısında Cənubi Qafqaz ölkələri arasında Gürcüstan bankları ən çox mənfəət əldə ediblər. “Ölkədə fəaliyyət göstərən 19 bankın 15-i yarımili mənfəətlə başa vuraraq ümumilikdə 569,1 milyon dollar qazanıblar. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çoxdur”, – Əliyev yazıb.

Ermənistanda isə banklar cari ilin ilk yarısında mənfəətlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6% artırıblar. Ölkədəki 17 bankın 12-si mənfəət əldə edib və ümumi mənfəətləri təxminən 513 milyon dollar olub.

İqtisadçının sözlərinə görə, Azərbaycanda 22 bankın əksəriyyəti yarımili mənfəətlə başa vurub, lakin mənfəətin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% azalaraq 339.2 milyon dollara düşüb.

O əlavə edib ki, 2024-cü ildə Azərbaycan bankları ili 614 milyonla, Gürcüstan bankları 1,1 milyardla, Ermənistan bankları isə 914 milyon dollarla başa vurublar.

Editor

Related Posts