Today Şənbə, 2nd Avqust 2025
Birinci 24

Birinci 24

Fəxrəddin Manafov: Kinoya nə həyatımı, nə də canımı qoymuşam

Fəxrəddin Manafov: Kinoya nə həyatımı, nə də canımı qoymuşam

“Bugünkü tədbirə gələndə hamı məni təbrik etdi və dedilər ki, sən kinoya həyatını, canını qoymusan. Amma mən kinoya nə həyatımı, nə də canımı qoymuşam”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Xalq artisti Fəxrəddin Manafov 2 Avqust – Milli Kino Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O, sadəcə kino fədaisi olduğunu bildirib.

“Mən sadəcə bu peşənin fədaisiyəm, fədaisi olmuşam və fədaisi olacağam. Bu sənət mənə həyat da verdi, canımı da qorudu.

Ustadım Rasim Ocaqovun gözəl bir sözü var idi: “Baxmayaraq ki, mən çox sevdiyim peşə ilə məşğul oluram, buna görə mənə hələ maaş da verirlər”. Mən bu peşəyə gəlib Fəxrəddin Manafov olmuşam. İndi mənə mükafat verirlər. Mən mükafat verməliyəm. Həmişə çalışmışam ki, öyrəndiklərimi və bildiklərimi, bu sahədə aldığım tərbiyəni səhnədən, ekrandan müəllimlərimlə birgə göstərməyə çalışmışam” – aktyor deyib.

F.Manafovun sözlərinə görə, həyatı boyu kinodan başqa peşəyə yiyələnə bilməyib:

“Hətta ayaqqabı fabrikində də işləmişəm. Amma kino məni bağrına basdı”.

Xalq artisti “Şərəf” ordeni ilə təltif edildiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Editor

Related Posts