Today Şənbə, 2nd Avqust 2025
Birinci 24

Birinci 24

ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardımı təsdiqlədi

ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardımı təsdiqlədi

ABŞ Senatının büdcə komitəsi 2026-cı maliyyə ili üçün Müdafiə Nazirliyinin 852 milyard dollar məbləğində büdcəsini təsdiqləyib. 

Bu, ilin əvvəlində prezident Donald Trampın istədiyindən 21,7 milyard dollar (2,6%) çoxdur. 

Bu barədə avqustun 1-də “Reuters” məlumat yayıb.

Qanun layihəsinə əsasən, Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində Ukraynaya 800 milyon dollar, Baltik ölkələrinin təhlükəsizliyi üçün isə əlavə 225 milyon dollar ayrılması nəzərdə tutulur. 

Məlumata görə, bu vəsait əvvəlcə Tramp administrasiyası tərəfindən büdcə sorğusuna daxil edilməmişdi.

Senator Kris Kuns bildirib ki, Baltik ölkələri üçün ayrılan vəsaitin əhəmiyyətli hissəsi də Ukraynaya dəstəyə yönələcək: “Deyə bilərəm ki, Ukraynaya dəstək ümumilikdə 1 milyard dollar təşkil edir.”

USAI çərçivəsində ayrılan vəsait Ukraynaya kəşfiyyat, təlim, avadanlıq və silah tədarükünün maliyyələşdirilməsinə sərf olunacaq.

Editor

Related Posts