Today Bazar ertəsi, 11th Avqust 2025
Birinci 24

Birinci 24

Culfanın Ləkətağ yaylağında əhaliyə tibbi xidmət göstərilib – FOTO

Culfanın Ləkətağ yaylağında əhaliyə tibbi xidmət göstərilib – FOTO

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Culfa rayonunun ərazisində yerləşən Ləkətağ yaylağında əhaliyə tibbi xidmət göstərilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, tədbir çərçivəsində müxtəlif sahələr üzrə geniş müayinələr aparılıb, sakinlərin sağlamlıq vəziyyəti dəqiqliklə qiymətləndirilib. Həmçinin zəruri dərman vasitələri ilə təmin edilərək əhalinin sağlamlıq problemlərinin vaxtında həllinə dəstək göstərilib.

Tibbi xidmətlərlə yanaşı, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara sağlam həyat tərzi və xəstəliklərin profilaktikası barədə geniş məlumat verilib.

Nazirlik tərəfindən bu kimi aksiyaların əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və sağlamlıq səviyyəsini yüksəltmək məqsədilə davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

Editor

Related Posts