Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gənc sərhədçilər and içiblər

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Mərasimə hazırlıq barədə raport verildikdən sonra diviziyanın döyüş bayrağı sıra meydanına gətirilib.

Sonra Vətənimizin azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qərargah rəisi, polkovnik Muxtar Həmzəyev diviziyanın komandiri general-leytenant Niyaməddin Tağıyevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində diviziyanın maddi-texniki bazası xeyli möhkəmləndirilib, sərhəd zastavaları müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunub, yeni sərhəd infrastrukturu yaradılıb. Bütün bunlar muxtar respublikada sərhədlərin etibarlı şəkildə qorunmasına və toxunulmazlığına təminat verir.

44 günlük vətən müharibəsindən bəhs edən Muxtar Həmzəyev igid vətən oğullarının rəşadətindən danışıb, əsgərləri 8 noyabr – Zəfər Günü və hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.

Əsgərlər adından çıxış edən Seymur Cəfərov onlara göstərilən diqqət və qayğını layiqincə doğruldacaqlarına, Vətənə şərəflə xidmət edəcəklərinə söz verib.

Valideynlər adından çıxış edən Arzu Əhmədov övladının “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidmət etdiyinə görə fəxr hissi duyduğunu bildirib, gənc əsgərlərə bu şərəfli və çətin yolda uğurlar arzulayıb.

Sonra gənc əsgərlər hərbi andı qəbul edərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Mərasim şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

admin

Related Posts