Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mülki Müdafiə Alayının gənc əsgərləri and içiblər

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən andiçmə mərasimində əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər.

Mülki Müdafiə Alayının komandir müavini, kapitan Xəyyam Muradov, əsgər Adil Adilov gənc əsgərləri hərbi andı qəbul etmələri, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar.

Çıxışlarda qeyd olunub ki, dövlətimizin diqqət və qayğısı sayəsində Mülki Müdafiə Alayının maddi-texniki bazası ilbəil gücləndirilir, əsgərlər üçün yüksək xidmət və məişət şəraiti yaradılır. Bu da fövqəladə hadisələr zamanı şəxsi heyətin çevik və operativ hərəkətinin təmin edilməsinə imkan yaradır.

Mərasimdə çıxış edən gənc əsgər Emin Məmmədov bildirib ki, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcək, verilən əmr və tapşırıqları sözsüz yerinə yetirəcəklər.

Digər çıxış edənlər Ordumuzun 44 günlük Zəfər yürüşündən bəhs ediblər.

Fövqəladə Hallar Nazirinin müavini, general-mayor Hikmət Kərimov Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin təbrikini şəxsi heyətə çatdırıb.

Andiçmə mərasimi şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb.

admin

Related Posts