Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ədalət Verdiyev: Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəliyi tam yerinə yetirə bilmirlər 

Ədalət Verdiyev: Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəliyi tam yerinə yetirə bilmirlər 

Ötən gün axşam saatlarından bu gün saat 02:20-ə qədər Ermənistan silahlı qüvvələri fasilələrlə Kəlbəcər və Xocavənd rayonlarını müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi ekspert Ədalət Verdiyev deyib ki, son aylarda baş verənlər Ermənistanın revanşa hazırlaşmaq üçün müxtəlif üsullara əl atdığını göstərir. Atəşkəsin pozulması da bu məqsədə xidmət edir. 44 günlük Vətən müharibəsində acı məğlubiyyətlə üzləşən Ermənistanın siyasi və hərbi rəhbərliyi xalqın gözündə yüksəlmək üçün atəşkəsi pozmaqla xal qazanmaq istəyir.

Ekspert xatırladb ki, bu ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlar da bu ölkənin revanşist yanaşmasının nəticəsi idi. Ancaq Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq və adekvat cavab tədbirləri görmək gücünə malik olduğunu dəfələrlə göstərib.

Məlumata da o da bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bu cür faktlardan sonra belə bir sual yaranır: sülhməramlılar Qarabağa doğrudanmı sülh üçün gəliblər?

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəliyi tam yerinə yetirə bilmirlər.

Editor

Related Posts