Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

III Çarlz və həyat yoldaşına yumurta atdılar

III Çarlz və həyat yoldaşına yumurta atdılar

Böyük Britaniya kralı III Çarlz və həyat yoldaşı Kamilla Yorkşirə səfəri zamanı yumurta atəşinə tutulublar.

Məlumata görə, monarx kraliça yoldaşı ilə birlikdə York şəhərinə rəsmi səfərə gəlib. Hadisə III Çarlz şəhər rəsmiləri ilə söhbət edərkən baş verib. İzdihamın arasından krala üç toyuq yumurtası atılıb.

Kral cütlüyünə yumurta atan şəxs saxlanılmazdan əvvəl “Bu ölkə qulların qanı üzərində qurulub”, – deyə qışqırıb. Ətrafdakı insanlar isə “Tanrı Kralı qorusun!”, – deyərək əlahəzrəti dəstəkləyiblər.

Editor

Related Posts