Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Damla onu tənqid edən Mətanəti tanımadı

Aparıcı Mətanət Əliverdiyevanın müğənni Damlanın geyim tərzini tənqid etməsinə qarşı tərəfdən cavab gəlib.

Sənətçinin prodüseri Şamil hazırda çəkiliş meydançasında olduqlarını və Mətanəti tanımadıqlarını bildirib:

“Azərbaycanda hamı stilistdir, bir bizdən başqa… Damla xanım fikir bildirməyəcək, desək heç adını da tanımayacaq. Çünki mən tanımıramsa, o da tanımayacaq. Adla tanımıram, görsəm, bəlkə də tanıyaram. Damla xanım kimə açıqlama verib ki, ona da versin? Qoy danışsınlar. Mətanət xanıma da salam deyin, hər kimdirsə”.

Xatırladaq ki, Əliverdiyeva Damlanın düzgün geyindirilmədiyini və gülünc göründüyünü qeyd etmişdi.

admin

Related Posts