Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fotoqrafı sevir, ləyaqəti alçalır, bəkarəti pozulur…

Aktrisa Oksana Rəsulova və aktyor Ziya Ağanın rol aldığı “İnstinkt” tamaşasının premyerası olub.

Xalq artisti Vidadi Həsənovun səhnələşdirdiyi tamaşa “M Teatr”da baş tutub. İki gün ard-arda çıxan “İnstinkt”in hekayəsi kənddən şəhərə oxumağa gəlmiş sadəlövh bir qızdan bəhs edir.

Belə ki, o, öz tələbə yoldaşına – “əcaib görünüşlü” fotoqrafa vurulur. Həmin “cool boy” onun ağlını başından alır, ləyaqətini alçaldır, bəkarətini pozur, gələcəyini məhv edir… O qız uzun ayrılıqdan sonra, artıq təcrübəli bir qadın kimi, yenidən “İnstinkt” adlanan fotostudiyaya qayıdır.

admin

Related Posts