Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Yoldaşım qəlbimə dəysə, axşam peşmanlığını çəkir” – Xuraman Şuşalı

Müğənni Xuraman Şuşalı “Xəbər-ətər” verilişində qonaq olub.

İfaçı proqramda arzularının tez həyata keçdiyini bildirib. Şuşalı onu incidən insanların sonran peşman olduğunu deyib:

“Bilirəm ki, Allahdan nə istəsəm onu mənə verəcək. Olub ki, avtomobildə getdiyim zaman qarşımdan bahalı maşın keçib. Bir anlıq ürəyimdə istəmişəm və bir ay sonra kreditlə də olsa, həmin avtomobili almışam. Ağzımdan çıxan söz həyata keçir. Bir nəfər qəlbimə dəysin, əgər ona bəd-dua etsəm, ürəyim ondan sınsa, o adam problem yaşayar. Və ya ona dua edərəmsə, işləri düzələr. Məsələn, həyat yoldaşım nədəsə qəlbimə dəyibsə, axşam onun peşmanlığını çəkir”.

Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün 4 övladı var.

admin

Related Posts