Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb

Bu gün Türkiyə xalqının böyük öndəri Mustafa Kamal Atatürkün vəfatından 84 il ötür.

Anım mərasimində əvvəlcə böyük öndər Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mehmet Emin Kiraz abidə önünə çələng qoyub.

Anım mərasimində Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındaki hərbi ataşşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, Türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

admin

Related Posts