Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

50 evdən oğurluq edən şəxs gülünc bir səhv səbəbindən yaxalanıb

50 evdən oğurluq edən şəxs gülünc bir səhv səbəbindən yaxalanıb

Araaşdırmalar davam etdirilir…

Xəzər, Suraxanı, Sabunçu, Binəqədi və Abşeron rayonlarında 50 evdən oğurluq edən şəxs saxlanılıb. 

DİN-in mətbuat xidməti xəbər verir ki, həmin  şəxs oğurluq etdiyi evlərin birindən çıxan zaman şəxsiyyət vəsiqəsini də mənzildə düşürüb. 

Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dəfələrlə məhkum edilmiş Əhliman Atamov tutulub. Bu şəxsin Xəzər rayonu ərazisində 10 evdən pul və  qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs əldə etdiyi qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb. 

Aparılan araşdırmalar zamanı Əhliman Atamovun Binəqədi, Suraxanı, Sabunçu və Abşeron rayonları ərazisində də daha 40 evdən oğurluq etdiyi müəyyən edilib. O, həmin evlərdən də ancaq pul və  qızıl-zinət əşyaları oğurlayıb. 

Ə. Atamov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Editor

Related Posts