Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Zalujnıdan Xersonu tərk edən ruslarla bağlı açıqlama

Zalujnıdan Xersonu tərk edən ruslarla bağlı açıqlama

Ukrayna qoşunları plana uyğun olaraq Xerson vilayətində hücumlarını davam etdirirlər. Oktyabrın 1-dən etibarən təxminən 1,4 min kvadratkilometr ərazi azad edilib. Bu barədə UNİAN Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya istinadən məlumat yayıb.

“Düşmənin hər bir qondarma “xoşməramlı jestinin” arxasında bizim qoşunların nəhəng səyləri dayanır. Düşmən Kiyevdən və Xarkov vilayətindən geri çəkilərək İlan adasını tərk etdiyi kimi, Xersondan ehtimal olunan çıxış da bizim fəal hərəkətlərimizin nəticəsidir”, – Zalujnı deyib.

Ukrayna qoşunları plana uyğun olaraq Xerson vilayətində hücumlarını davam etdirirlər. Oktyabrın 1-dən etibarən təxminən 1,4 min kvadratkilometr ərazi azad edilib.

Ali baş komandanın sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Xerson istiqamətində rusların maddi-texniki təminat yollarını və dəstək sistemini məhv edib. Qarşı tərəfin komanda-idarəetmə sistemi də pozulub və düşmənə qaçmaqdan başqa seçim yeri qoyulmayıb.

“Hazırda biz rus işğalçı qoşunlarının Xersondan çıxarılması ilə bağlı məlumatları təsdiq və ya təkzib edə bilmərik. Planımıza uyğun olaraq hücum əməliyyatını davam etdiririk”, – o vurğulayıb.

Editor

Related Posts