Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Rusiya sülhməramlıları Qarabağda qalmalıdır” – Tovmasyan

“Rusiya sülhməramlıları Qarabağda qalmalıdır” – Tovmasyan

Erməni deputat Qarabağa qanunsuz səfər edib.

Bunu Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan deyib. O, bu günlərdə Qarabağa qanunsuz səfər edib. Tovmasyan İrəvana qayıtdıqdan sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb.

O, açıqlamalarında deyib ki, Qarabağ sakinləri Rusiya sülhməramlılarının Qarabağda qalmasını tələb edir.

“Strateji müttəfiqimiz olan dövlətin səfiri ilə biz iki Ermənistan “respublikası”nın – Ermənistan və Qarabağın başına gələn təhlükələri müzakirə etdik. Təəssüf ki, narahatedici hadisələr durmadan artır. Mən bir neçə gün əvvəl Qarabağdan qayıtmışam. Onların bir şərti və tələbi var: Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində yerləşdirilməlidir. Onların qalma müddətinin uzadılması Qarabağ ermənilərinin yaşamaq hüququnun həyata keçirilməsi baxımından son dərəcə zəruridir”, – deyə Tovmasyan öz Facebook səhifəsində yazıb.

Onlar həmçinin Ermənistanın sərhədlərindəki vəziyyəti müzakirə ediblər.

Editor

Related Posts