Tanınmış aparıcı – jurnalist Xoşqədəm Baxşəliyeva İranda baş verən hadisələr barədə fikrini bildirib.
Aparıcı proqramda bütün Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza səslənib:
“Burdan Cənubi azərbaycanlıları salamlayıram, sizi sevirəm. Bizi izləyirsiniz, tez- tez mənə yazırsınız. Göz yaşı içərisində mesajlarınızı oxuyuram. Siz mükəmməlsiniz! Siz güclüsünüz! Siz mübarizsiniz! Təbrizə gəlmək üçün səbrsizlənirəm”.