Müğənni Vəfa Şərifova yeni açıqlaması ilə diqqət çəkib.
Sənətçi “MTV maqazin”ə müsahibəsi zamanı aylıq xərclərindən danışıb. İfaçı orta hesabla hər ay 15 000 AZN pul xərclədiyini deyib:
“Kliplərimiz, mahnılarımız, geyimlərimiz, salonularımız… Bizim xərclərimiz çox olur. Kimsə işçiyə 1 manat verirsə, gərək biz iki manat verək. Çünki bizim qazancımızdan xəbərləri var. Bu sənət bahalı sənətdir. Mən deməyim aylıq xərci 30 000 AZN-dir, ortalama aylıq xərcim 15 000 AZN edir”.
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Röya Ayxan “Fəlidən doğru xəbər” verilişində aylıq xərcinin 30 000 AZN olduğunu deyib.