Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

NDU-nun müəllimi beynəlxalq forumda sertifikata layiq görülüb

Bakı şəhərində keçirilən və hibrid formatda baş tutan Beynəlxalq forumda elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, İƏİT təmsilçiləri, 20-yə yaxın ölkənin nümayəndələri, rektor, professor, elm və təhsil xadimləri, müəllimlər, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

Forumda “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həldirmi?” və digər mövzularda çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin müəllimi Toğrul Cəfərli forumda iştirakına görə sertifikata layiq görülüb.

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, müasir dövrün təhsil tələblərini nəzərdən keçirmək olub.

admin

Related Posts