Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib

Azərbaycana elektrik mühərriklə hərəkətə gətirilən təzə avtomobillərin idxalı gömrük rüsumundan azad edilir.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillər 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Eyni zamanda elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxal gömrük rüsumundan azad edilib.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

admin

Related Posts