Paşinyan və Xovayev Azərbaycanla normallaşmanı müzakirə etdi

Paşinyan və Xovayev Azərbaycanla normallaşmanı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Görüşdə Azərbaycan-Ermənistan arasında münasibətlərin nizamlanması müzakirə olunub.

Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə baş tutan üçtərəfli görüşü barədə də danışıblar.

Bundan sonra, İqor Xovayev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Editor

Related Posts