Ötən ay 113 nəfərə əmək pensiyası təyin edilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, oktyabr ayında 75-i yaşa, 22-si sağlamlıq imkanlarının məhdudluğuna, 16-sı ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 113 vətəndaşa əmək pensiyası təyin olunub. 103 vətəndaşa ilk dəfə pensiya təyinatı olub, 10 nəfərin isə pensiya növündə dəyişiklik edilib. Qanunvericiliyə uyğun olaraq 567 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub.

Ümumilikdə oktyabr ayında pensiya ödənilməsinə 17 milyon 494 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 308 min manat vəsait xərclənib. Sığorta prinsipi ilə pensiya alanların hər birinə cari ilin dördüncü rübü üzrə verilməsi nəzərdə tutulan 50 manat maddi yardım pensiya ilə birlikdə ödənilib. Bundan başqa qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib.

admin

Related Posts