Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gənc könüllülər Dövlət Bayrağı Muzeyini ziyarət ediblər

Könüllü gənclərin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub.

Naxçıvan Dövlət Bayrağı Muzeyi barədə geniş məlumat verilərək diqqətə çatdırılıb ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb və 2014-cü il noyabrın 17-də muzeyin açılışı olub.

Bildirilib ki, muzeyin eksponatları sırasında tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bayraqları, gerbləri və inzibati xəritələri nümayiş olunur. Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri daha çox diqqəti cəlb edir.

admin

Related Posts