Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Tələbə-Gənclər Həftəsinə yekun vurulub

Gənclər Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı dövlət gənclər siyasətinin Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirildiyini bildirərək gənclərin ictimai-siyasi, iqtisadi-mədəni və digər mühüm sferalarda fəal iştirakına zəmin yaradıldığını, potensiallarının inkişafına dəstək göstərildiyini vurğulayıb.

Qeyd olunub ki, gənc nəslin təhsili, fərdi inkişafı, işlə təminatı və sosial qayğılarının həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onların milli ruhda tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinə sövq edilməsi diqqət mərkəzindədir. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, onlar fəxri adlarla, xüsusi təqaüd və hədiyyələrlə mükafatlandırılırlar.

Sonra tədbirdə mükafatlandırma mərasimi keçirilib.

Ali və orta ixtisas təhsili müəssislərin tələbələri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu, şən və hazırcavablar klubları arasında müsabiqə, badminton, stolüstü tennis və peyntbol yarışlarında ilk üç yerə sahib olan gənclər diplom, plaket və hədiyyələrlə mükafatlandırılıblar.

admin

Related Posts