Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kamera orkestri Şahbuzda konsert proqramı təqdim edib

Şahbuz Rayon Mədəniyyət Sarayında təqdim olunan konsert proqramını rayon ictimaiyyətinin nümayəndələri izləyib.

Cahangir Qurbanovun bədii rəhbərliyi və dirijorluğu ilə keçirilən konsert proqramında görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Müslüm Maqomayevin “Azərbaycan”, Hacı Xanməmmədovun “Aldatmayaq bir-birimizi”, Minbir gecə baletindən “Şəhrizadın bayramı” və klassik əsərlərdən ibarət ifalar səsləndirilib.

Əməkdar artistlərdən Gülyanaq Fərzəliyevanın, Tural Nəcəfovun, Bəhruz Quliyevin, Ruhiyyə Hüseynovanın, Nərmin Hüseynovanın və digər ifaçıların şanlı vətənimizi, müqəddəs torpağımızı, üçrəngli bayrağımızı vəsf edən musiqi nömrələri rayon ictimaiyyəti tərəfindən alqışlarla qarşılanıb.

admin

Related Posts