Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babəkdə keçirilən sərgi-satışda 200-də çox əl işi sərgilənib

Babək rayonunda məhdud fiziki imkanlı şəxslərin əl işlərindən ibarət sərgi-satış təşkil edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova və Babək Rayon Təhsil şöbəsinin əməkdaşı Nazlı Cəfərova qeyd ediblər ki, məqsəd məhdud fiziki imkanlı şəxslərin istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi qorumaq, qiymətləndirmək və bunu ictimaiyyətə tanıtmaqdan ibarətdir.

Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, sərgiyə məhdud fiziki imkanlı 20 şəxs tərəfindən 200-dən artıq əl işi çıxarılıb. Müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və rəngarəng yaradıcılıq nümunələri sərgi iştirakçılarının diqqətini cəlb edib.

Sərgi-satış rəssamlıq, toxuculuq, ebru, yandırma, dekorativ, vitraj və başqa sənət nümunələrinə müraciət edən sağlamlıq imkanları məhdud şəxslərin zəngin təxəyyülünün ifadəsi kimi diqqəti cəlb edib.

admin

Related Posts