Tokayev yenidən prezident seçildi

Tokayev yenidən prezident seçildi

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev bazar günü – noyabrın 20-də keçirilən prezident seçkilərində səslərin 81,31 faizini toplayaraq qalib gəlib.

Bu barədə yekun məlumatları brifinqdə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov bildirib.

“Tokayev Kasım-Jomart Kemeleviçə 6 milyon 456 min 392 nəfər səs verib və ya o, səslərin 81,31 faizini toplayıb”, – deyə Abdirov bildirib.

Qeyd olunub ki, seçkilərdə iştirak 69,44% təşkil edib.

Tokayevin andiçmə mərasimi noyabrın 26-da baş tutacaq.

Editor

Related Posts