Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

DTX Naxçıvanda həbslərə başladı – inanılmaz rəqəmlər

DTX Naxçıvanda həbslərə başladı – inanılmaz rəqəmlər

Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətə baxıb.

Vəsatət təmin edilib və M.Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

İttihamın mahiyyətindən görünür ki, Komitənin vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.

Editor

Related Posts