Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Krımda 10 iranlı kamikadze dron təlimatçısı öldürülüb

Krımda “Şahed-136” kamikadze dronlarını idarə etməyi öyrədən iranlılar öldürülüb.

Bu barədə Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bildirib.

Danilovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Krımda ruslara “Şahed-136” pilotsuz təyyarələrini idarə etməkdə kömək edən iranlıları öldürüb.

Bundan əvvəl İsrail mətbuatı Krımda 10-a yaxın iranlının öldürüldüyü barədə məlumat vermişdi.

“Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişik və əgər onlar terrorçularla əməkdaşlıq edib millətimizin məhvində iştirak edirlərsə, biz onları öldürməliyik”, – deyə Danilov bildirib.

admin

Related Posts